İnsanlara hürriyət, millətlərə istiqlal!

Marqarita Simonyan: “Ermənilər Paşinyanın arxasınca gedən eşşəklərdir”

 

“Paşinyan Qarabağı Azərbaycanın tərkibində tanıdı. Əslində, gözlənilən elə bu idi”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Rossiya Seqodnya” beynəlxalq xəbər agentliyi və RT dövlət televiziyasının baş redaktoru Marqarita Simonyan özünün Telegram kanalında yazıb.

Ukraynaya qarşı başladılan savaşın qızışdırıcılarından sayılan hikkəli erməni qadın öz xalqını təhqir etməkdən çəkinməyib.

“Paşinyan məhz bunun üçün hakimiyyətə gətirildi. Bütün bunları əvvəldən demişəm. Sizlərə, (erməniləri nəzərdə tutur-red.) -onun kürkünü yalayanlara, ona səs verənlərə, meydanlarda arxasınca qaçan, mənə tonlarla təhqir və təhdidlər cızıb, məni türk soxulcanı adlandıranlara, sürü kimi liderinin arxasınca gedənlərə deyirəm, indi güzgüyə yaxınlaşın, üzünüzə tüpürün və ömrünüzün sonuna kimi Qarabağ eşşəyi olmağınız fikri ilə yaşayın. Siz elə eşşək olaraq qalacaqsınız. Amma bu dəfə Qarabağ eşşəyi ola bilməyəcəksiz”, - deyə Simonyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR