Onlayn ictimai-siyasi qəzet
“Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu tanımaqla Ermənistan rəhbərliyi Rusiyanın düşməni olmaq yolunda daha bir addım atdı”.
Bunu “Report”un Rusiya bürosuna politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
Ekspert vurğulayıb ki, İrəvanla Moskva arasındakı vəziyyət daha da pisləşə bilər: “Rusiya qəfil addımlar atmayacaq, amma çox ciddi nəticələr çıxaracaq və vəziyyəti tədricən Rusiya ilə Ermənistan arasında daha münaqişəli vəziyyətə gətirəcək”.
Xatırladaq ki, oktyabrın 3-də Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib.
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ