İnsanlara hürriyət, millətlərə istiqlal!

Mark Zukerberq Trampa 1 milyon dollar ianə etdi


"Meta" korporasiyasının rəhbəri Mark Zukerberq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya fonduna 1 milyon dollar ianə edib.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məqalədə qeyd edilir ki, bu addım Zukerberqin Tramp ilə əvvəllər gərgin olan münasibətlərini möhkəmləndirmək məqsədi daşıyır.

Xatırladaq ki, daha əvvəl Tramp Zukerberqin ona qarşı sui-qəsd hazırladığını iddia etmiş və onun həbs olunacağı ilə bağlı açıqlama vermişdi.

Lakin Trampın seçilməsindən sonra Zukerberq onunla Floridadakı Mar-a-Laqo iqamətgahında görüş keçirib. Bu görüş tərəflər arasında münasibətlərin yumşaldılması istiqamətində yeni mərhələ kimi qiymətləndirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR