İnsanlara hürriyət, millətlərə istiqlal!

Mark Ruttedən şok çağırış: “Ya silah alın, ya rusca danışın”

NATO ölkələri hərbi xərclərini ÜDM-in 5 faizinə qədər artırmalıdırlar, əks halda nəticələr ağır ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte Londonda keçirilən təhlükəsizlik konfransında çıxış edərkən bildirib. O, açıq şəkildə bəyan edib: “Əgər siz müdafiə xərclərini artırmasanız, səhiyyə və pensiya sisteminiz qala bilər, amma daha yaxşısı rus dilini öyrənin. Nəticələr belə olacaq”.

Rutte həmçinin diqqətə çatdırıb ki, Rusiya cəmi üç ay ərzində bütün NATO ölkələrinin bir ildə istehsal etdiyi qədər sursat istehsal edir. O, Alyans ordularının minlərlə yeni tank, zirehli texnika və milyonlarla artilleriya mərmisinə ehtiyacı olduğunu vurğulayıb.

NATO başçısı eyni zamanda Çinin də sürətlə hərbi gücünü artırdığına diqqət çəkib və bu prosesin qlobal təhlükəsizlik balansını dəyişə biləcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

10 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR