İnsanlara hürriyət, millətlərə istiqlal!

Maraqlı gəlişmə: Putin illik mətbuat konfransını ləğv etdi

Bu il Rusiya prezidenti Vladimir Putinin ənənəvi böyük mətbuat konfransı olmayacaq.

Musavat.com xəbər verir ki, bu barədə onun mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

"Ümid edirik ki, prezidentin bundan sonra jurnalistlərlə danışmaq imkanı olacaq", - deyə Peskov bildirib. O, prezidentin xarici səfərlərində jurnalistlərlə müntəzəm olaraq ünsiyyət qurduğunu xatırladıb.

Ukraynaya qaşrı aparılan təcavüzkar savaş başlayandan bu günə qədər Putin rəsmi olaraq 7 dəfə (İrana və 6 MDB ölkəsinə) xaricə səfər edib.

Bu ilin noyabr ayında "RBK" saytı Putinin media ilə ənənəvi verilişlər aparmaqla bağlı Kremldə qərar verilmədiyini yazmışdı. Vladimir Putinin 2001-ci ildən bəri vətəndaşların suallarını cavablandırdığı "Prezidentlə birbaşa xətt" adlı proqramının mümkün tarixləri dəfələrlə təxirə salınıb.

Putinin Federal Məclisə (Duma və Federasiya Şurasının birgə iclası) illik müraciətinin olub-olmayacağı da məlum deyil. "Bu məsələ də aydınlaşdırılmalıdır", - deyə Peskov bildirib. Halbuki bundan əvvəl o, bunun üçün hazırlıqların çoxdan başladığını bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR