İnsanlara hürriyət, millətlərə istiqlal!

MAR rəsmiləri yalvarırlar - "Vaqnerin əvəzinə istənilən Rusiya qüvvəsini qəbul edə bilərik"

Mərkəzi Afrika Respublikasının hakimiyyət orqanları, Rusiyanın “Vaqner ÖHŞ” muzdlularını ölkədən çıxarmaq qərarına gəlməsi perspektivindən qorxuya düşüblər. Onlar Kremldən gələcək istənilən hərbi yardımı qəbul etməyə hazır olduqlarını bildiriblər. Beləliklə ilk dəfə Rusiyanın “Vaqner” qüvvələrini adı çəkilən ölkənin ərazisində yerləşdirdiyi rəsmən təsdiq olunub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Financial Times”qəzeti məlumat yayıb.

“Əgər Moskva onları (Vaqnerçiləri) geri çəkib bizə onun əvəzinə Bethovenləri və ya Motsartları göndərmək qərarına gəlsə, biz onları qəbul edəcəyik”,-deyə Mərkəzi Afrika Respublikası Prezidentinin müşaviri Fidel Quancika bildirib.

Qeyd edək ki, "Vaqner" qüvvələri hərbi təlimatçılar adı altında Mərkəzi Afrika Respublikası hökumətinə əhəmiyyətli köməklik göstərir. Onların 2020-ci ildə silahlı qiyam cəhdini yatırdıqları deyilir. Vaqner Mərkəzi Afrika Respublikasında qızıl və digər faydalı qazıntıların çıxarılmasına nəzarət edir. “Politico” saytının məlumatına görə, “Vaqner”in Mərkəzi Afrika Respublikasında 2022-ci ildə qazancı təxminən bir milyard dollara çatıb.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin əməkdaşı Katrina Dokssinin sözlərinə görə, MAR-dakı Vaqner qüvvələri yerli hərbi strukturlara inteqrasiya olunublar və hökumət böyük dərəcədə onlardan asılıdır.

“Vaqner” Mərkəzi Afrika Respublikasından başqa Mali, Burkina Faso, Sudan və Liviyada mövcudluğunu qoruyur.

2018-ci ildə Mərkəzi Afrika Respublikasında Vaqner ÖHŞ-nin fəaliyyəti ilə bağlı araşdırma aparmağa hazırlaşan Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun çəkiliş qrupu naməlum şəxslər tərəfindən güllələnib. Jurnalistlərin ölümü ilə bağlı araşdırma heç bir nəticə verməyib.

2021-ci ildə CNN və “Sentry” müstəqil araşdırma qrupu Ndassima mədənində qızıl hasilatını genişləndirmək üçün evlərindən çıxarılmasına etiraz edən MAR sakinlərininin Vaqner muzdluları tərəfindən öldürülməsi barədə məlumat verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR