Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İsrailin hücumu zamanı İranın nüvə obyektlərinin zədələnmədiyini bildirib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə MAQATE-nin “X” səhifəsində yazılıb.
Agentliyin baş direktoru Rafael Qrossi tərəfləri həddindən artıq təmkinli olmağa çağırıb:
“Nüvə obyektləri heç vaxt hədəf olmamalıdır”.
Qeyd edək ki, aprelin 19-na keçən gecə İsrail İrana raket zərbəsi endirib. “The New York Times”ın məlumatına görə, hədəf İsfahan şəhəri yaxınlığındakı İran hərbi hava bazası olub.
Musavat.com
24 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ