Onlayn ictimai-siyasi qəzet
"Hər kəs onu Maqa deyə çağırırdı. Səfərdən qabaq bizə gəldi, nəvələrimlə görüşdü. Dedi, sabah Çeçenistana gedirəm. Sizi çox sevirəm, sizin üçün darıxacağam. Sanki hiss etmişdi".
Musavat.com xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan Məhəmmədəli Eqanovun qonşusu deyib.
Bunları əlavə edib:
"Çox yaxşı ailəsi var. Özü də tərbiyəli uşaq idi. O, bizə qonaq gələndə mən otağa girən kimi ayağa qalxırdı. İndi bütün məktəb ağlayır, müəllimləri çox kədərlidir. Belə tərbiyəli uşağın taleyi faciə ilə bitməli deyildi. Əminəm ki, Maqa cənnətdədir".
Şahanə Rəhimli
Musavat.com
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ