İnsanlara hürriyət, millətlərə istiqlal!

Manturov Türkiyədə, Minnixanov Əmirliklərdə, Qref Namibiyada-Rusiya elitasının may tətilləri

Rusiyanın Ukraynada apardığı təcavüzkar savaşın fonunda ölkənin siyasi və biznes elitası istirahətlərindən geri qalmır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, may ayında bir çox biznes təyyarəsinin Rusiyadan uçduğu açıqlanıb. Üstəlik bu, daxili turizmin kəskin azalması fonunda baş verib. Belə ki, 2023-cü ildə yay mövsümü üçün ölkədə turların satışı iki dəfə azalıb.

“Sberbank” İdarə heyətinin sədri German Qref Afrikanı gəzir. Bu ilin may ayının 3-də Qrefin “Gulfstream G650” biznes təyyarəsi Namibiyanın paytaxtı Vindhuka eniş edib. Qeyd edək ki, Qrefin başqa “Gulfstream” təyyarəsi də var, lakin indi onun mayakları qeyri-aktivdir. Məlumdur ki, müharibə başlamazdan əvvəl onun iki təyyarəsi də Efiopiya, Antiqua və Barbuda və Dominikan Respublikası səmalarında dövr edə bilirdi.

Denis Manturov yenə Türkiyəyə üstünlük verib. Rusiyanın Sənaye və ticarət nazirinin təyyarəsi “Sukhoi Superjet 100-95B” bu il aprelin 30-da İstanbula eniş edib. Mayın 3-də rusiyalı məmurun təyyarəsi Türkiyədən çıxıb və üç gün sonra Moskvaya enib. Həmin gün Manturov modelyer Valentin Yudaşkinin dəfn mərasimində iştirak edib.

Rusiyada “Kokain təyyarəsi” deyə bilinən “RA-96023” nömrəli "İl-96 " təyyarəsi Hindistanın Qoa ştatına enib. Qeyd edək ki, həmin təyyarənin adı Argentinadan Rusiyaya “dərman” adı altında diplomatik kuryerlə kokain gətirilməsi işində hallanır. Bu təyyarə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi aparır. Lakin Rusiya Xarici işlər nazirliyinin rəhbərliyi də bundan istifadə edir. Bu ilin aprelin 23-də Sergey Lavrov BMT Təhlükəsizlik Şurasında çıxış etmək üçün Nyu-Yorka məhz həmin təyyarə ilə uçub.

Tatarıstanın rəisi Rüstəm Minnixanov mayı Əbu-Dabidə keçirib. Mayın 4-də Tatarıstan rəhbərinin “Dassault Falcon 8X” təyyarəsi Kazandan Əmiriklərə uçub. Bundan sonra hər səhər öz işi ilə bağlı hesabat verən Minnixanovun səhifəsində fasilə yaranıb. Mayın 8-də Qələbə Günü ərəfəsində onun layneri geri dönüb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR