Onlayn ictimai-siyasi qəzet
İngiltərənin "Mançester Yunayted" komandasının 12 futbolçusu "Şerif"lə UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün Moldovada olarkən zəhərlənib.
Musavat.com Report-a istinadən xəbər verir ki, oyunçular qarşılaşmadan bir gün sonra özlərini piss hiss etməyə başlayıblar.
Klub bunun futbolçuların Kişineuda və ya geri qayıdarkən təyyarədə yedikləri yeməklə bağlı olub-olmadığını aydınlaşdırmağa çalışır.
Komandanın bəzi üzvləri bu səbəbdən sentyabrın 16-sı və 17-dəki məşqləri buraxıb.
Qeyd edək ki, "Şerif" - "Mançester Yunayted" görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ