İnsanlara hürriyət, millətlərə istiqlal!

"Manatlıq" taksi xidməti bahalaşdı - VİDEO

El arasında “manatlıq” kimi adlandırılan taksilərin sürücüləri benzinin qiymətinin dəyişməsindən istifadə edərək qiymətləri qaldırıblar. Onlar hazırda sərnişinin birini iki manatdan aparırlar.

Bakıətrafı ərazilərə gedən taksilər qiyməti 1 manatadan 2 manata qaldıırblar. Sürüclərin sözlərinə görə, buna səbəb yanacağın qiymətinin artmasıdır.

Amma sürücülər arasında hələlik qiyməti artırmayanlar da var. Bu haldan ən çox narazı qalanlar isə sərnişinlərdir.

Mövzu ilə bağlı AYNA-dan bildirilib ki, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyənlər müvafiq icazələr əldə edərək fəaliyyətlərini davam etdirirlər. "E-taksi" xidməti vasitəsilə sifarişi qəbul edən sürücünün icazəsinin olub-olmadığını izləmək mümkündür. Əməkdaşlar tərəfindən buraxılış kartlarının yoxlanılması həyata keçiriləcək. İcazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tənbeh tədbirləri görüləcək. 

Daha ətraflı videomaterialı təqdim edirik:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR