İnsanlara hürriyət, millətlərə istiqlal!

Mamicanyandan Paşinyanla bağlı SENSASİON AÇIQLAMA

“Daxili siyasi problemlərin həlli üçün başqa qüvvələri cəlb edən bütün fiqurlar sonradan onlara borclu qalırlar. Baş ağrılarımızdan, daha dəqiq desək, şərdən qurtulmalıyıq. Nikol Paşinyan yer üzündə harada yaşamasından asılı olmayaraq, ermənilərdən başqa hər kəsə yarayır. Ona görə də biz bununla barışmalı və buna uyğun hərəkət etməliyik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan parlamentinin üzvü, müxalifətdəki “Şərəf duyuram” fraksiyasının rəhbəri Ayk Mamicanyandır.

“Əlbəttə, əgər Bayden, Makron və Putin Ermənistan adından əsas danışıqlar aparan şəxsdən daha çox ermənipərəst olsaydılar, bu, möcüzə olardı. Yeri gəlmişkən, əslində bu da mümkündür. Çünki Ermənistanın adından danışan şəxs qətiyyən ermənilərin xeyrinə danışmır”, - deyə Mamicanyan qeyd edib.

Erməni deputatın fikrincə, hakimiyyətin qarşısının yalnız parlament müxalifətinin fəaliyyəti ilə alına biləcəyinə inanmaq sadəlövhlükdür. Mamicanyanın sözlərinə görə, parlament fəaliyyətini küçə prosesi ilə birləşdirməklə uğur əldə etmək olar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR