İnsanlara hürriyət, millətlərə istiqlal!

Malayziya dövlətindən qəribə qərar: Bu saatı taxanlar həbs ediləcək

Malayziya dövləti İsveçrənin məşhur “Swatch” saatlarını satışdan yığışdırdıqdan sonra, bu saat markası ilə bağlı daha bir qərar qəbul edib.

Sfera.az xəbər verir ki, yeni qərardan sonra məşhur brendin göy qurşağı saatlarını taxanlara 3 ilə qədər həbs cəzası veriləcək.

Hökumət rəsmisi bildirib ki, saatın elementləri Malayziyada qəbul edilməyən LGBTQ+ hərəkatının təşviqi, dəstəklənməsi və normallaşdırılmasını təbliğ edən elementlərə sahibdir. Onların fikrincə, bu əlamətlər mənəviyyata və ictimai maraqlara zərər verir.

Malayziya qanunlarına əsasən, bu cür məhsullar təhqiredici xarakter daşıyır, buna görə də həmin məhsulları satan və ya istifadə edən şəxslər 3 ilə qədər həbs cəzasına məhkum edilir, yaxud 20,000 rinqqiti (7400 manat) məbləğində cərimələnirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR