İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron və Zelenskidən ÇAĞIRIŞ

Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Vladimir Zelenski Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa və tətbiq edilən məhdudiyyətlərin həyata keçirilməsinə nəzarəti gücləndirməyə çağırıblar.

APA-nın xəbərinə görə, bu barədə Parisdə Yelisey Sarayında keçirilən görüşün yekunlarına dair yaydıqları birgə bəyanatda deyilir.

“Ukrayna və Fransa yeni sanksiyalar vasitəsilə Rusiyaya kollektiv təzyiqin artırılmasının zəruriliyi ilə razılaşırlar”, - kommünikedə deyilir.

Bundan əlavə, onlar sanksiyaların effektiv icrasını təmin etmək, habelə üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınmağın qarşısını almaq və dayandırmaq üçün səylərin gücləndirilməsinin zəruriliyi ilə razılaşıblar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR