İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron vasitəçilik etdi, Zelenski görüşə gəlmədi- Açıqlama

Ukrayna prezidenti Vladimir Zelenski Yaponiyada keçirilən G7 sammiti çərçivəsində Braziliya prezidenti Luiz İnasio Lula da Silva ilə planlaşdırılan görüşə gəlməyib.

Azpost.info xəbər verir ki, bunu Braziliya lideri bildirib.

“Ukrayna ilə ikitərəfli görüş planlaşdırılırdı. Gözlədik və gecikmələri ilə bağlı məlumat aldıq. Bu arada mən Vyetnam prezidentini qəbul etdim. Vyetnam prezidenti gedəndə Ukrayna tərəfi gəlmədi. Görünür, fərqli bir görüşü olub”, – Silva bildirib.

Braziliya lideri məyus olmadığını, sadəcə, Ukrayna prezidenti ilə görüşə bilmədiyi üçün kədərləndiyini deyib: “Zelenski yetkin biridir, nə etdiyini bilir”.

O, həmçinin bildirib ki, hərbi münaqişəni həll etmək üçün Ukrayna və Rusiyaya getməyə hazırdır, lakin nə Zelenski, nə də Rusiya prezidenti Vladimir Putin sülhü müzakirə etmək istəyir.

FT mənbələrə istinadən yazıb ki, Zelenski ilə görüşməyi Silvadan Fransa prezidenti Emmanuel Makron xahiş edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR