İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Ukraynaya hərbi yardımı artıracağını bildirib

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbi yardımı intensifikasiya etmək niyyətində olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “France 2” telekanalının efirində danışıb.

“Biz məşhur “Sezar” artilleriya qurğularını təhvil verdik və ukraynalılar bizə təşəkkür ediblər. Biz davam edəcəyik”, - E.Makron bildirib.

Dövlət başçısı daha 6 “Sezar”ın Ukraynaya tədarükü üzərində işlərin getdiyini vurğulayıb. O həmçinin raketlərin, hava hücumundan müdafiə sistemlərinin və radarların tədarükü planlarını açıqlayıb:

“Ukraynalıların istədikləri qədər tədarük edə bilmirik, çünki şərq cinahımızı qorumaq üçün silahlarımız olmalıdır. Biz öz milli ərazimizi qoruyuruq. Müharibənin ilk günlərindən Rumıniyaya hərbçilərimizi göndərdik. Biz mövcudluğumuzu gücləndiririk”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR