Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətlərini təmin edən və Rusiyanın yenidən hücum etməsinə imkan verməyən bir sülh planının hazırlanmasının vacibliyini vurğulayıb.
"Prezident Zelenski böyük cəsarət göstərərək ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul etdi. İndi Rusiya sülh istədiyini sübut etməlidir. Artıq yetər! Ölüm, dağıntı, zorakılıq dayanmalıdır. Deportasiya olunan ukraynalı uşaqlar ailələrinə qovuşmalıdır", – deyə Makron bildirib.
Fransa lideri beynəlxalq tərəfdaşlarla birlikdə konkret bir sülh planı hazırlamaq üçün addımlar atılmalı olduğunu vurğulayıb.
"Bu, Ukraynaya etibarlı təhlükəsizlik təminatları verən, Avropada daimi sülhü təmin edən və Rusiyanın yeni hücumunun qarşısını alan bir plan olmalıdır", – Makron əlavə edib.
Mövzu ilə bağlı beynəlxalq müzakirələrin davam edəcəyi gözlənilir.
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ