İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron Trampın bu addımından qorxur: “The Economist” qorxunun səbəblərindən YAZDI

Musavat.com “The Economist”ə istinadla xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Donald Trampın prezidentliyə başlaması fonunda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı mümkün sülh razılaşmasının Avropa və Ukraynanın maraqlarını nəzərə almadan əldə olunacağından narahatdır.

Fransız diplomatik dairələrində Vaşinqtonun Moskva ilə anlaşaraq Avropanı və Kiyevi kənarda qoyacağı qorxusu mövcuddur.

Fransanın bu narahatlığı təkcə Rusiya-Ukrayna böhranı ilə bağlı deyil. Paris artıq Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasındakı münaqişənin nizamlanmasında prosesdən kənarda qaldığını görüb. ABŞ və Rusiyanın danışıqlarda əsas mövqelərə sahib olduğu bir dövrdə Fransa Qafqazdakı nüfuzunu itirib. Eyni ssenarinin Rusiya-Ukrayna məsələsində də baş verməsindən ehtiyat edir.

“The Economist” yazır ki, Tramp Rusiya ilə “sadələşdirilmiş razılıq” əldə etməyə çalışa bilər.

Məqalədən sitat:

“Tramp Rusiyaya qarşı sanksiyaların ləğvini və Ukraynaya silah tədarükünün dayandırılmasını təklif edə bilər. Əgər Ukrayna zəifləyərsə, o, günahı Baydenin siyasətində görəcək”.

Paris Trampın sülh razılaşmasını Ukrayna və Avropadan yan keçməklə əldə edəcəyi təqdirdə, Qərbdə Kiyevə yardım siyasətinin zəifləyəcəyindən narahatdır. Fransa siyasətçiləri bunun Avropa Birliyi daxilində siyasi parçalanmalara və daxili gərginliklərə səbəb ola biləcəyini düşünürlər.

Makronun sülh təşəbbüsləri və münaqişələrin həllində iştirakı Avropanın qlobal güc kimi təsirini qoruyub saxlamaq üçün vacibdir. Lakin “The Economist” vurğulayır ki, Trampın yenidən prezidentliyə qayıdışı Parisin beynəlxalq müzakirələrdə iştirak imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.

Rusiya-Ukrayna böhranında Avropa və xüsusilə Fransa kənarda qalmaq istəmir. Cənubi Qafqazdakı mövqelərini itirən Makron hökuməti üçün bu vəziyyət Avropanın qlobal güc kimi imicinə yeni zərbə ola bilər. ABŞ-ın Rusiya ilə birbaşa razılaşması isə Fransanın liderlik ambisiyalarını daha da zəiflədəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR