İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron İran prezidentinə xəbərdarlıq edib və HƏMAS-ı pisləməyə çağırıb

Fransa prezidenti Emmanuel Makron İran prezidenti İbrahim Rəisiyə İsraildəki münaqişənin Yaxın Şərq regionuna yayılma riski barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Bildirilir ki, Fransa lideri iranlı həmkarı ilə telefonla danışarkən İran prezidentini İsrail və HƏMAS arasındakı münaqişənin, xüsusən də Livana hər hansı bir gərginlik və ya yayılmasına qarşı xəbərdar edib. Makron İran tərəfini HƏMAS-ın terror hücumlarını qeyd-şərtsiz pisləməyə çağırıb.

İran liderinin Makrona hansı cavabı verdiyi barədə məlumat verilmir.

Bundan əvvəl Fransanın “Le Figaro” qəzeti yazıb ki, Fələstinin HƏMAS hərəkatının hücumu İsrailin Yaxın Şərqdəki “yenilməz qala” reputasiyasına təsir edə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR