İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron geri çəkildi: “Fransa müharibəyə hazır deyil”

“Fransanın müdafiə sənayesi yüksək intensivlikli münaqişəyə hazır deyil”.

Bu barədə ölkə prezidenti Emmanuel Makron “France 2” telekanalına açıqlamasında bildirib.

“Müdafiə sənayemiz proqnozlaşdırmadığımız yüksək intensivlikli ərazi münaqişəsinə uyğunlaşdırılmayıb”, - deyə o qeyd edib.

Dövlət başçısı həmçinin bəyan edib ki, Fransa Ukraynada münaqişənin gərginləşməsinə təşəbbüs göstərmək niyyətində deyil.

“Biz heç vaxt hücuma keçməyəcəyik, heç vaxt belə bir təşəbbüs göstərməyəcəyik”, - deyə Makron əlavə edib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR