Onlayn ictimai-siyasi qəzet
Fransa prezidenti Emmanuel Makron Yeni il müraciəti zamanı Fransa bayrağını təhqir edib.
Musavat.com xəbər verir ki, bu sözləri Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot sosial şəbəkədəki rəsmi səhifəsində bildirib.
Onun fikrincə, Fransa lideri ölkə bayrağını çox arxa plana keçirib.
“O necə cəsarət edir! Makronun arxasındakı Fransa bayrağı onun istəyi ilə yoxa çıxdı! Dövlət bayrağımızı yığışdıraq?!” – deyə siyasətçi qəzəblənib.
Əvvəllər illik müraciətlər zamanı Fransa bayrağı Makronun yaxınlığında yerləşirdi və bəzi illərdə onun yanında Aİ bayrağı da asılırdı.
Afaq,
Musavat.com
01 Oktyabr 2024
30 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ