İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron BRICS sammitinə dəvət edilməyib

Fransa Prezidenti Emmanuel Makron BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) sammitində dəvət edilməyib.

APA-nın xəbərinə görə, bu barədə “News 24” məlumat yayıb.

BRICS-in sədri kimi CAR Prezidenti Siril Ramaposa 70 ölkənin liderinə dəvət göndərib. Ancaq onların arasında sammitdə iştirak etməyə nail olmaq istəyən Fransa Prezidenti yoxdur. ABŞ və Böyük Britaniya liderləri də sammitə dəvət olunmayıb.

Qeyd edək ki, BRICS sammiti 22-24 avqust tarixlərində Yohannesburqda Sandton Konfrans Mərkəzində keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR