Onlayn ictimai-siyasi qəzet
“Rusiya hərbçiləri cəbhə xəttini yarıb keçərsə, Fransa Kiyevin istəyi ilə öz qoşunlarını Ukraynaya göndərə bilər”.
Bu sözləri Fransa Prezidenti Emmanuel Makron “The Economist” nəşrinə müsahibəsində bildirib.
“Amma indiyədək Ukraynadan belə bir müraciət daxil olmayıb”, - deyə o əlavə edib.
Makronun sözlərinə görə, bir çox Aİ ölkələri Fransanın Ukraynaya mümkün qoşun göndərilməsi fikri ilə razılaşıblar.
Fransa lideri xatırladıb ki, Paris daha əvvəl terrorizmlə mübarizə üçün Afrikaya əsgər göndərib, ona görə də Ukraynaya analoji yardımı istisna etmir.
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ