Onlayn ictimai-siyasi qəzet
Fələstin prezidenti Mahmud Abbas sabah Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında çıxış edəcək.
Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, M.Abbas əvvəlcə səhhətindəki problemlə əlaqədar oturduğu yerdən çıxış etmək istəyib, lakin aparılan danışıqlar nəticəsində xitabət kürsüsündə ayaq üstə çıxış etməyə razılaşıb.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Fələstin prezidentinin Türkiyəyə səfəri və Türkiyə parlamentində edəcəyi çıxışla əlaqədar avqustun 15-də TBMM-in növbədənkənar iclasını çağırıb. TBMM-in növbədənkənar iclası ilə əlaqədar parlamentin ətrafında və şəhərcikdə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılacaq. Bundan əlavə, TBMM-ə dəvət olunmuş qonaqlardan başqa heç bir ziyarətçi qəbul edilməyəcək.
Baş Məclis sabah saat 15.00-da Türkiyə parlamentinin sədri Numan Kurtulmuş tərəfindən açılacaq. Kurtulmuşun açılış nitqindən sonra kürsüyə Fələstin prezidenti Abbas gələcək.
Abbas İsrailin Fələstin torpaqlarına, xüsusilə Qəzzaya hücumlarını izah edəcək. Abbasın çıxışının təxminən yarım saat davam edəcəyi gözlənilir. Çıxış dərhal ingilis, türk və fransız dillərinə tərcümə olunacaq.
Baş Assambleya zalında Abbasın çıxışını prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğan da dinləyəcək. Ərdoğanı nazirlərin də müşayiət edəcəyi gözlənilir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ