İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının futbolçusu Mislav Orşiç İngiltərə "Sauthempton"una keçib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Bu, Premyer Liqa təmsilçisinin qış fasiləsində ilk transferi olub.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun formasını geyinir. Orşiçin gedişindən sonra 26 yaşlı forvardın əsas heyətdə daha çox meydana çıxacağı gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR