Onlayn ictimai-siyasi qəzet
Macarıstan Ukraynaya yardım və silah vermək əvəzinə, Avropa Sülh Fondundan aldığı vəsaiti Afrika ölkəsi Çadın müdafiəsinə dəstək üçün köçürməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Onun sözlərinə görə, 14 milyon avron təhsil müəssisəsinin yaradılması və Çad silahlı qüvvələrinin gücləndirilməsi üçün istifadə olunacaq:
"Biz 14 milyon avronu Çadda təhlükəsizliyi gücləndirmək, zabitləri hazırlamaq üçün yeni təhsil müəssisəsi yaratmaq və Çad silahlı qüvvələrinin imkanlarını artırmaq üçün istifadə etmək qərarına gəldik".
Təklif sentyabrın 26-da Aİ Nümayəndələr Şurasında müzakirə olunacaq.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ