İnsanlara hürriyət, millətlərə istiqlal!

Macarıstan 1 milyard avrodan yuxarı vəsaitdən məhrum oldu

Bu gün Macarıstan Avropa İttifaqı fondlarından almalı olduğu bir milyard avrodan məhrum olub.

Musavat.com Avropa Komissiyasının açıqlamasına istinadən xəbər verir ki, buna səbəb Macarıstanda qanunun aliliyinin pozulmasıdır.

2022-ci ilin yazında Brüssel Budapeştə məcburi şərtlərin qoyulması mexanizmini işə salıb və bu, bəzi ödənişlərin dayandırılmasına səbəb olub. Avropa Komissiyası daha sonra Macarıstanın dövlət müqavilələrinin verilməsi şərtləri ilə bağlı Avropa büdcəsindən istifadə etməsi, eləcə də nəzarət və şəffaflığın olmaması ilə bağlı “ciddi narahatlıqların” olduğunu açıqlayıb.

O vaxtdan bəri Budapeşt pulun bir hissəsinin blokdan çıxarılmasına gətirən islahatlar həyata keçirdi, lakin 19 milyard müxtəlif prosedurlar altında dondurulmuş vəziyyətdə qalıb. AK bəyan edir ki, dondurulmuş pulun 1,04 milyard avro məbləğində birinci tranşının müddəti 2024-cü ilin sonunda başa çatıb. Bu isə o deməkdir ki, artıq hansısa islahatlar keçirilsə belə, Macarıstan həmin vəsaiti ala bilməyəcək.

Macarıstanın Baş naziri Viktor Orban isə “pulumuzu qorumaq” üçün “mübarizə aparacağına” söz verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR