İnsanlara hürriyət, millətlərə istiqlal!

"Maaşla bağlı yeni qərar verilirsə, saatbaşına 12 manatdan hesablansın" - Bakı sakinlərindən TƏKLİF

Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Qeyd edək ki, ölkədə minimum əmək haqqı 345 manatdır. Bunu nəzərə alanda məlum olur ki, 5 günlük iş həftəsində bir saatı 2 manat 15 qəpiyə düşür, 6 günlük iş həftəsi olanlar üçün isə bir saatlıq ödəniş 1 manat 79 qəpik edir.

Bəs aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəzlənməlidirmi? Belə olan halda maaşlar azalar, ya artar? Vətəndaşlarımız necə düşünür, bu sistem tətbiq olunarsa, maaşlar azalar, ya azalar?

TV Musavat-ın əməkdaşları bu suallarla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR