İnsanlara hürriyət, millətlərə istiqlal!

Luqanskın mərkəzi ABŞ raketi ilə BOMBALANDI: Xeyli ÖLƏN və DAĞINTILAR var - Görüntülər CANLI-da

Ukrayna ordusu Rusiyanın nəzarətində olan Luqansk bögəsinə hücum edib. Ukraynayönümlü “Telegram” kanalları məlumat yayıb. Məlumata görə, hücum zamanı ATACMS raketindən istifadə edilib. Atəş zərbəsi nəticəsində xeyli sayda rus hərbçisinin həlak olduğu bildirilir.

Bu dəqiqələrdə isə ABŞ Prezidenti Co Bayden Ukrayna lideri Vladimir Zelenski ilə görüşür. ABŞ lideri Kiyevə 225 milyon dollarlıq növbəti hərbi yardım paketini elan edib. Bayden bildirib ki, yeni yardım paketi ordunun silah-sursat, eləcə də hərbi texnika ilə təchizatına sərf olunacaq.

“Fransa lideri Emmanuel Makronun Ukraynadakı münaqişədə birbaşa iştirak etməyə hazır olması ilə bağlı bəyanatları təxribat xarakterlidir”. Bunu isə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu cür bəyanatlar gərginliyi artırır. “Makron Kiyev rejiminə tam dəstək nümayiş etdirir və Fransa Respublikasının hərbi münaqişədə birbaşa iştirakına hazır olduğunu bəyan edir.
Fransanın NATO üzvü, Avropa İttifaqınınnin üzvü, böyük bir Avropa dövləti olduğunu nəzərə alaraq, biz bu bəyanatları olduqca təxribatçı, qitədə gərginliyi artıran və heç nəyə müsbət yardımı olmayan hesab edirik”, - deyə Kremlin sözçüsü vurğulayıb.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Elçin Xalidbəyli ilə gündəmi müzakirə edir.


Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR