İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkonun son günlərdə görünməməsi yeni şayiələrə yol açıb

 

Belarus prezidenti Aleksandr Lukaşenko Dövlət Bayrağı, Gerb və Himn günü ilə bağlı keçirilən tədbirlərdə görünməyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu da onun səhhətində problemlərin yaranması ilə bağlı şayiələrə yol açıb. Çünki “Batka” artıq beş gündür ictimaiyyət arasında görünmür.

Onu sonuncu dəfə mayın 9-da Moskva və Minskdəki tədbirlərdə görüblər.

Qırmızı Meydandakı paradda Belarus prezidentinin qolunda elastik sarğı müşahidə edilib, bundan başqa, onun qeyri-sağlam görkəmi diqqəti cəlb edib.

Lukaşenko həmin tədbirdə Putin və digər dövlət başçıları kimi Naməlum Əsgər məzarına (Kremldən 300 metr aralı) piyada deyil, xüsusi elektromobillə gedib və Kremldə səhər yeməyində olmayıb. Belarus lideri “Aleksandr bağı”na gül dəstələri qoyulduqdan dərhal sonra Minskə uçub. Burada o, Qələbə bayramında iştirak etsə də ənənəvi nitq söyləməyib. Onun əvəzinə müdafiə naziri Viktor Xrenin çıxış edib.

“Euroradio” nəşrinin və “Motolko Pomoqi” layihəsinin məlumatına görə, mayın 13-də axşam saatlarında Respublika Kliniki Tibbi Mərkəzin ərazisində dövlət başçısının korteji görünüb. O, axşam saat 19:00 radələrində gəlib, saat 21:00-dan sonra klinikanı tərk edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR