İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Zelenskidən üzr istəyibmiş

Ukrayna prezidenti Volodimir Zelenski genişmiqyaslı müharibənin ilk günlərində Aleksandr Lukaşenko ilə telefonla danışdığını və sonuncunun Rusiyanın Belarus ərazisindən Ukraynaya raket hücumlarına görə üzr istədiyini deyib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna lideri alim və bloger Leks Fridmana müsahibəsində danışıb.

Zelenskinin sözlərinə görə, Lukaşenko ona cavab olaraq “Mozır” neft emalı zavoduna zərbə endirməyi təklif edib.

“Savaş başladıqdan bir neçə gün sonra Lukaşenko ilə telefonla danışdım və o, həmin vaxt məndən üzr istədi. Lukaşenko mənə “Bu, mən deyiləm, sadəcə mənim ərazimdən raketlər buraxılıb. O raketləri Putin buraxıb” dedi. Bu, onun sözləridir, şahidlərim var.

Mən Lukaşenkoya Putin kimi qatil olduğunu dedim. Lukaşenko cavabında: “Başa düş, sən ruslarla döyüşə bilməzsən”. Mən isə ona “Biz heç vaxt döyüşməmişik. Raketlər sizin torpağınızdan, Belarusdan gəldi, buna necə icazə verdiniz?” Deyir: “Yaxşı, sən də cavab ver. Mozırda neft emalı zavodunu vur, bunun mənim üçün nə qədər dəyərli olduğunu bilirsən”. Cavabında mən: “Sən nə danışırsan? Cavab nədir?” söyləydim”, - deyə Ukrayna lideri maraqlı məlumatı çatdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR