Onlayn ictimai-siyasi qəzet
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.
Musavat.com xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə müxtəlif formatlarda danışıqlar planlaşdırılır.
Liderlər regional təhlükəsizlik məsələləri və beynəlxalq gündəliyi müzakirə edəcəklər.
Məlumatı “Пул Первого” Telegram kanalı da təsdiqləyib.
Xatırladaq ki, iyulun 13-də Lukaşenko rusiyalı həmkarı ilə Ukraynada gələcək fəaliyyətləri müzakirə etmək planlarını açıqlayıb. Belarus lideri qeyd edib ki, Moskva danışıqlar masasına oturub razılığa gəlməyə hazırdır.
Musavat.com
01 May 2025
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ