İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko: "Rusiya Ukrayna ilə özü üçün əlverişsiz saziş bağlamağa hazır idi"

2022-ci ilin martında Rusiya münaqişənin həlli ilə bağlı əlverişsiz saziş bağlamağa hazır idi.

Musavat.com "BELTA" agentliyinə istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Rusiyada indi həmin oxusaydılar, dəli olardılar. Bu, Putin üçün heç cür sərfəli deyildi. Lakin Kreml razılaşmışdı”, - deyə Belarus lideri bildirib.

Onun sözlərinə görə, rəsmi Minsk danışıqlar masasına əyləşməyi təklif edib. Daha sonra Belarus və Türkiyədə danışıqlar aparılıb.

"Rusiya sülh təşəbbüsləri ilə razılaşan kimi, müqavilə, layihə zibil qutusuna atıldı",-deyə Belarus prezidenti bəyan edib.

Onun bildirdiyinə əsasən, "masada bu müqavilənin layihəsi hələ durur".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR