İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Priqojinə: “Səni böcək kimi əzəcəklər” - BBC DETALLARI açıqladı

Belarus prezidenti Aleksandr Lukaşenko üsyançı “Vaqner” dəstəsinin rəhbəri Yevgeni Priqojin ilə danışığının detallarını açıqlayıb.

Təqdim etdiyim fraqment BBC tərəfindən təqdim olunub.

“Mən Putinə dedim: Biz Priqojini aradan götürə bilərik, bu, problem deyil. Birinci cəhddə olmasa da, ikinci cəhddə biz buna nail olarıq. Mən Putinə dedim: “Bunu etmə”.

Lukaşenko deyib ki, o, Priqojinə zəng etməyi təklif edib. Buna cavab olaraq Putin deyib: “Bax, Saşa, bunun heç bir xeyri olmayacaq, o, telefonu belə götürmür və heç kimlə danışmaq istəmir”.

“Mənə onun nömrəsini ver” dedim. Putin “çox güman ki, onun nömrəsi FSB-də var”, dedi.

Priqojinlə söhbətini təsvir edən Lukaşenko bildirib ki, “Vaqner” muzdlu ordusunun rəhbəri o vaxta qədər uğur qazanması səbəbindən eyforiya vəziyyətində olub.

Belarus liderinin sözlərinə görə, Yevgeni Priqojin ona deyib: “Biz ədalət istəyirik, bizi boğmaq istəyirlər, biz Moskvaya gedəcəyik”.

“Ona dedim ki, səni yolun yarısında böcək kimi əzəcəklər”...

Elbəyi Həsənli, Sürix

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR