Onlayn ictimai-siyasi qəzet
Belarusun Polşadakı keçmiş səfiri Vladimir Çuşevə yeni vəzifə verilib. Belarus hökumətinin qərarı ilə o, Belarusun Azərbaycandakı səfirliyinin müşaviri təyin edilib.
KONKRET.az xatırladır ki, Vladimir Çuşev 2019-cu ilin martından Belarusun Polşadakı səfiri vəzifəsində çalışıb. 2020-ci ilin oktyabrında Polşa və Belarus öz səfirlərini qarşılıqlı olaraq geri çağırıblar: Polşanın Belarusdakı səfiri Artur Mixalski, həmçinin Belarusun Polşadakı səfiri Vladimir Çuşev “məsləhətləşmələr üçün” öz vətənlərinə gəlib.
Bu, 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra ölkələr arasında münasibətlərin kəskinləşməsi fonunda baş verib.
07 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ