İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko Almaniyanı təhqir etdi: Yalnız axmaqlar ucuz qazdan imtina edə bilər...

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyalı həmkarı Vladimir Putinlə Avropaya qaz tədarükü məsələlərini müzakirə edib.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı Lukaşenko özü açıqlayıb. Onun sözlərinə görə, Rusiya avropalılara qaz satmağa hazırdır.

Lukaşenko vurğulayıb ki, Qərb, xüsusən də Almaniya öz iqtisadiyyatının qeydinə qalırsa, Rusiya ilə münasibətləri bərpa etməlidir: “Yalnız axmaqlar ucuz qazdan imtina edə bilər”.

Onun fikrincə, xüsusilə də Almaniya Rusiyadan qaz alacaq: “Onlar Rusiyadan ucuz qaz alacaqlar. Yalnız axmaqlar bundan istifadə etməzlər. Özü də qaz kəmərinin bir xətti(Şimal axını nəzərdə tutulur – red.) salamatdır, onlar onu partlatmağa macal tapmayıblar”.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR