Onlayn ictimai-siyasi qəzet
Londonda Türkiyə konsulluğu qarşısında Quranı yandırmağa cəhd edən şəxs konsulluq əməkdaşı tərəfindən zərərsizləşdirilib.
Musavat.com xəbər verir ki, sosial mediada yayılan görüntülərdə hadisə yerində yaşanan gərgin anlar açıq şəkildə əks olunub.
Hadisə 14 fevral 2025-ci il tarixində Türkiyənin Londondakı konsulluğunun qarşısında baş verib.
Sosial mediada yayılan videoda hadisəni törədən şəxsin konsulluq binasının qarşısında dayanaraq dini kitaba qarşı hörmətsizlik etdiyi aydın görünür. Məhz bu görüntülər qısa müddətdə geniş rezonans doğurub və istifadəçilər arasında sərt tənqidlərə səbəb olub.
Məlumata görə, London polisi hadisəni törədən şəxsi saxlayaraq istintaqa cəlb edib. İngiltərə hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır və bu cür təxribatçı hərəkətlərin qarşısının alınması üçün əlavə tədbirlər görür.
Qeyd edək ki, son dövrlərdə Avropanın müxtəlif şəhərlərində dini dəyərlərə qarşı bu cür təxribat xarakterli hərəkətlər artmaqdadır. Türkiyə rəsmiləri baş verən hadisə ilə bağlı açıqlama verməsə də, sosial mediada geniş müzakirələrə səbəb olub.
Musavat.com hadisə ilə bağlı sosial mediada yayılan görüntüləri oxucularına təqdim edir.
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ