Onlayn ictimai-siyasi qəzet
Rusiyada qalmaqallı çıxışları ilə tanınan tarixçi Mixail Smolin ölüb.
Musavat.com xəbər verir ki, o, keçmiş SSRİ xalqları, xüsusilə də türk-müsəlman toplumları barədə təhqiramiz və irqçi fikirləri ilə yadda qalmışdı.
Smolin bu ilin yanvarında NTV telekanalında çıxışı zamanı “azərbaycanlı adlı millət yoxdur” deməklə ciddi etirazlara səbəb olmuşdu. O, həmçinin iddia etmişdi ki, özbəklər və qazaxlar SSRİ yaranana qədər millət kimi mövcud olmayıb və guya özbəklər bir neçə xalqın birləşməsindən “yaranıb”.
Onun bu açıqlamaları nəinki Azərbaycanda, Orta Asiya ölkələrində də qəzəb və qınama doğurmuşdu. Sosial şəbəkələrdə və ekspert çevrələrində bu fikirlər neokolonial və imperialist yanaşma kimi dəyərləndirilmişdi.
Mixail Smolinin ölüm səbəbi barədə hələlik rəsmi məlumat verilməyib.
Musavat.com
25 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ