İnsanlara hürriyət, millətlərə istiqlal!

Liz Trass Baş nazir olduğu 49 gün haqqında kitab YAZIR

Liz Trass Britaniyanın baş naziri olduğu 49 gün haqqında kitab yazacaq.

Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" yazıb.

Qeyd olunub ki, kitab “Qərbi xilas etmək üçün on il” adlanacaq.

Sabiq baş nazirin sözlərinə görə, o, hökumətdə və beynəlxalq görüşlərdə əldə etdiyi təcrübəsini bölüşmək istəyir.

Liz Trass bildirib ki, bəzi səhv hesablamaları onun baş nazir vəzifəsindən istefasına səbəb olub. Onun fikrincə, əsas problem mühafizəkar ideyalara dəstəyin olmamasıdır.

Məlumata görə, o, kitabı təkbaşına yazmağı və gələn il nəşr etməyi planlaşdırır.

Xatırladaq ki, 20 oktyabr 2022-ci ildə 44 günlük uğursuz fəaliyyətindən sonra Liz Trass istefa verdiyini elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR