Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, sentyabrın 10-da Liviyanın şərqini vuran "Daniel" fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, güclü daşqınlar nəticəsində 10 min insanın itkin düşdüyü bildirilir.
Qeyd olunub ki, küçələrdə çoxlu insan cəsədləri yığılıb, xəstəxanalardakı morqlar doludur.
Liviyanın rəsmi xəbər agentliyi LANA-nın yaydığı son məlumata görə, Derna şəhərində ölənlərin sayı 5 min 300-ə yüksəlib, minlərlə insan itkin düşüb.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ