İnsanlara hürriyət, millətlərə istiqlal!

Livanlı qadın bank işçilərini girov götürdü

Livanın paytaxtı Beyrutda silahlı qadın bankı ələ keçirərək xərçəng xəstəliyindən əziyyət çəkən bacısının müalicəsi üçün pul tələb edib. Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Sali Hafiz ona 20 min dollar (34 min manat) verilməsini tələb edib. Onun sözlərinə görə, bu, soyğunçuluq deyildi – qadın sadəcə olaraq bacısına məxsus olan və iqtisadi böhran səbəbindən bankın verməkdən imtina etdiyi əmanətini geri istəyir.

“Mən öldürüb yandırmağa gəlməmişəm, haqqımı almaq üçün gəlmişəm”, - deyə o bildirib.

Qeyd edilir ki, bir gün əvvəl Hafiz sosial şəbəkələrdə bacısının fotosunu yerləşdirərək, həyatı bahasına olsa belə, müalicə üçün lazım olan məbləği tapacağını yazıbmış.

Bank işçiləri təxminən 13 min dollar (22,1 min manat) toplayıblar, bundan sonra o, müəssisəni tərk edib.

Qadın daha sonra həbs edilib.

Video sosial şəbəkələrdə yayıldıqdan sonra əmanətlərini ala bilməyən bir çox yerli sakin qıza dəstək olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR