İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva və Polşa prezidentləri Rusiyanın potensial hədəfi olan dəhlizdə görüşəcəklər

Polşa və Litvanın prezidentləri Andjey Duda və Gitanas Nauseda cümə axşamı Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə Belarus arasında yerləşən Suvalki dəhlizində görüşəcəklər.

Bu barədə “Polşa radiosu” xəbər verib.

Duda və Polşanın müdafiə naziri Mariuş Blaşak “Şimal-Şərq” çoxmillətli diviziyasının Suvalki dəhlizində yerləşən mobil komanda məntəqəsinə baş çəkəcək, burada Litva Prezidenti Gitanas Nauseda və Litvanın milli müdafiə naziri Arvidas Anuşauskasla görüşəcəklər.

Mobil komanda məntəqəsinə səfərlə yanaşı, prezidentlər Duda və Nauseda Litvada Böyük Litva knyazı Vitautasın logistik batalyonuna baş çəkəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR