Onlayn ictimai-siyasi qəzet
Eyni zamanda həm Litva, həm də Rusiya (eləcə də Belarus və ya Çin) vətəndaşlığı olan sakinlər hərbi xidmətə qəbul edilməyəcəklər.
Musavat.com BNS agentliyinə istinadla xəbər verir ki, müvafiq qanun layihəsi Litvanın Müdafiə Nazirliyi və parlamentin milli təhlükəsizlik və müdafiə komitəsi tərəfindən hazırlanıb.
“Belə şəxslər hərbi xidmətə qəbul edilməməli, xidmət zamanı Rusiya, Belarus və ya Çin vətəndaşlığını almış şəxslər ordudan xaric edilməlidir”, - Müdafiə naziri Laurinas Kasciunas müraciətdə bildirib.
Qanun layihəsinə görə, Rusiya Federasiyası, Belarus və Çin Litvanın milli təhlükəsizliyini təhdid edən dövlətlərdir, ona görə də onlarla münasibətlər hərbi personal üçün risk faktorudur. Litva hökuməti hərbçilərə bu ölkələrə qeyri-iş məqsədi ilə səfər etməyi qadağan edir.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ