İnsanlara hürriyət, millətlərə istiqlal!

Lionel Messi karyerasındakı sonuncu klubunu açıqıladı

Argentinalı hücumçu Lionel Messi "İnter Mayami"nin peşəkar karyerasında son futbol klubu olacağını açıqlayıb.

"İnter Mayami" karyeramda sonuncu komanda olacaq. Lakin hələlik mən futboldan daha çox həzz alıram, çünki oynamağa getdikcə daha az vaxtım qaldığını anlayıram", - deyə Messi ESPN-ə müsahibəsində bildirib.

Qeyd edək ki, "Qızıl top"un 8 qat sahibi Messinin 36 yaşı var. Onun "İnter Mayami" ilə müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR