Onlayn ictimai-siyasi qəzet
"Bir limonu 15 000 AZN-ə satmışam".
BAKU.WS xəbər verir ki, bu sözləri BAKU TV-də yayımlanan "Arzunun vaxtı"na müsahibəsində Rusiyada yaşayan və “Limonçik Əli” ləqəbi ilə fenomenə çevrilən Əli deyib.
Əli Rusiyada limon satışı ilə məşğul olan zaman orada yaşayan həmvətənlərimizdən birinin onun cibinə 15 000 AZN pul qoyduğunu, o isə qarşılığında ona bir ədəd limon satdığını bildirib.
Əli deyib ki, ilk dəfə Dağıstana anası ilə gedib və orada küçələrdə limon satmağa başlayıb.
O bildirib ki, sosial şəbəkələrdə bir nənəyə limon satdığı görüntüləri yayıldıqdan sonra fenomenə çevrilib. Əli Azərbaycanda olarkən limonun 3-4-nü 1 AZN-ə, lakin Rusiyada tanındıqdan sonra limonun birini 100 AZN-ə satdığını deyib.
Ətraflı BAKU.TV-nin videomaterialında:
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ