Onlayn ictimai-siyasi qəzet
Kəklikotu bitkisi xalq təbabətində çox əski çağlardan bəri istifadə edilir.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, yeməklərə ləzzət qatan bu bitki həm də güclü təbii antibiotik kimi tanınır.
Limon və sarımsaqdan 30 qat daha güclü olduğu deyilən kəklikotu bir çox xəstəliklərə qarşı effektivdir.
Belə ki, kəklikotu xərçəngdən qoruyur, immunitet sistemini gücləndirir.
Kəklikotu yağı antioksidant olaraq yaşıl çaydan 3,37 dəfə güclüdür.
Qeyd olunur ki, kəklikotu öskürək, bronxit və həzm sistemi pozğunluqları üçün çox faydalıdır. Öskürək və üst tənəffüs yolları iltihabında çay və qarqara formasında istifadə olunur.
Bundan əlavə kəklikotu qan dövranını nizamlayır, qanda şəkəri salır, bağırsaq parazitlərinə qarşı təsirli rol oynayır.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ