İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda yük avtomobili idarəetməni itirərək çaya düşüb - FOTO

Lənkəranda yük avtomobilinin sürüşərək 20 metr hündürlükdən çaya düşməsi nəticəsində sürücü xəsarət alıb.

Hadisə Girdəni-Havzava kənd yolunda, Girdəni kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayon Göyşaban kənd sakini 2005-ci il təvəllüdlü Pərviz Fariz oğlu Abdullazadənin idarə etdiyi "Ford Transit" markalı yük avtomobili hərəkətdə olarkən, nəqliyyat vasitəsi sürüşüb və təqribən 20 metr hündürlükdən Girdəniçaya düşüb. Sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-ya bildirib ki, Lənkəran rayonu Girdəni kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi nəticəsində 2005-ci il təvəllüdlü rayon sakini 1 nəfər (kişi cinsli) şəxs alının sıyrılmış, didilmiş yarası, kəllə beyin travması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstə vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

Kənd sakinləri deyir ki, sözügedən yolda torpaq qatı dağılıb və həmin yolun eni 3,5 metr olub. Qəzanın baş verməsinə səbəb də qarlı yolda nəqliyyat vasitəsinin sürüşməsi olub.

Faktla bağlı araşdırma aparılır.\\apa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

02 Mart 2025

BÜTÜN XƏBƏRLƏR