İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəranda avtomobil dirəyə çırpılıb, yeniyetmə ölüb

Lənkəran rayonunda avtomobil elektrik dirəyinə çırpılıb, 12 yaşlı yeniyetmə ölüb.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə rayonun Talışlı kəndi ərazisində baş verib.

Belə ki, Əhliman Əliyevə məxsus "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Nəticədə sürücünün oğlu - 2012-ci il təvəllüdlü Murad Əhliman oğlu Əliyev ağır bədən xəsarətləri alıb.

Deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan yaralı FHN xilasediciləri tərəfindən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, avtomobilin sahibi Təcili Tibbi Yardım stansiyasının əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR