Onlayn ictimai-siyasi qəzet
ABŞ-lı məşhur müğənni Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərindəki Kopakabana çimərliyində pulsuz konsert verib.
Musavat.com xəbər verir ki, konsertə 2 milyondan çox insan qatılıb.
Ledi Qaqa səkkizinci albomu olan “Mayhem”in təqdimat turu çərçivəsində bu nəhəng konserti həyata keçirib.
Rio rəhbərliyi tərəfindən yerli iqtisadiyyatı canlandırmaq məqsədilə maliyyələşdirilən tədbirin şəhərə təxminən 100 milyon dollar gəlir gətirəcəyi gözlənilir.
Məlumata görə, Ledi Qaqanın konserti 1 milyon 600 min nəfərin iştirak etdiyi Madonnanın əvvəlki rekordunu geridə qoyaraq, Braziliya tarixində ən çox insanın qatıldığı pulsuz konsert olub.
Konsertdə təhlükəsizliyin təmin olunması üçün 5 min polis əməkdaşı xidmət aparıb, həmçinin pilotsuz uçuş aparatları və üz tanıma kameraları da tədbirə nəzarət məqsədilə istifadə olunub.
Qeyd edək ki, Madonna ötən ilin may ayında Kopakabana çimərliyində pulsuz konsert vermişdi.
Musavat.com
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ