Onlayn ictimai-siyasi qəzet
Kiyev Rusiyaya məhdudiyyətlərdən yan keçməyə kömək edən ölkələrə qarşı sanksiyalar hazırlayır.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında yazıb.
"Biz təəssüf ki, Rusiyaya bəzi sanksiyalardan yan keçməyə kömək edən üçüncü ölkələrdəki subyektlərə və sxemlərə yönəlik sanksiyalar paketlərini hazırlayırıq", - deyə o bildirib.
Ukrayna lideri münaqişə bitdikdən sonra ölkənin bərpası üçün əsas tərəfdaşlarla gələcək əməkdaşlıq üzrə qərarların da anonsunu verib.
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ